Vəziyyəti pisləşən və Türkiyəyə aparılan Aşıq Azər Xanlaroğlu ilə bağlı həkimlərin qərarı bəlli olub.
Yaxınlarının Publika.az-a verdiyi məlumata görə, Aşıq Azər ölkənin məşhur xəstəxanalarının birində müayinə olunub. Həkimlər sənətçiyə qaraciyər köçürülməsi əməliyyatının vacibliyini bildiriblər. Analizlərin cavabı bu gün bilinəcək.




