"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Türkiyəyə hücum həm də türk dövlətlərinə qarşı sayğısızlıqdır”

25 Aprel 2022 - 21:03
in MANŞET

Qüdrət Həsənquliyev: “Dünyanın ən böyük gücünün ədalətsiz olması isə haqlı olaraq beynəlxalq birlikdə ciddi narahatçılıq yaradır, beynəlxalq hüquqa hörmətin aşağı düşməsinə və zorakılığa yol açır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

– Qüdrət bəy, Baydenin 1915-ci ildə Osmanlı imperatorluğunda baş verənləri “erməni soyqırımı” adlandırmasına münasibətinizi bilmək istərdik.

– Bayden ilk dəfə bu barədə danışanda demişdim ki, bu adam yalnış qərarları ilə təkcə ABŞ üçün deyil, onun müttəfiqləri və bütövlükdə dünya üçün ciddi problemlər yaradacaq. Bu gün Ukraynada yaşanan qanlı olaylara görə də onun məsuliyyəti çox böyükdür. Bayden başa düşmür ki, tarixi faktların obyektiv araşdırılması üçün Ermənistana Türkiyə ilə birgə komissiyanın yaradılmasını və həmin komissiyanın gəldiyi nəticəyə uyğun vahid mövqenin sərgilənməsini tövsiyə etmək əvəzinə ermənilərin könlünü oxşayan bəyənatlar verməsi dünyada ABŞ-ın nüfuzuna zərbə olmaqla yanaşı, ona olan inamı sarsıdır. Regionda ən böyük müttəfiqi olan Türkiyəyə bu formada hücum həm də türk dövlətlərinə qarşı sayğısızlıqdır. Məhz bu kimi əməllərinə görə, Baydenə və ABŞ-ın ədalətinə öz müttəfiqləri arasında da olan inam itməkdədir. Dünyanın ən böyük gücünün ədalətsiz olması isə haqlı olaraq beynəlxalq birlikdə ciddi narahatçılıq yaradır, beynəlxalq hüquqa hörmətin aşağı düşməsinə və zorakılığa yol açır. Dünyaya nümunə olmalı olan ABŞ-da ölkənin və dünyanın maraqlarından çıxış edə bilən ədalətli və enerjili, sağlam düşünə bilən insanların siyasi olimpə yüksəlişini təmin edə edəcək radikal siyasi islahatlar aparılmalıdır. Cəmiyyəti iki hissəyə bölmüş, siyasi rəqabəti qanlı düşmənçiliyə çatdırmış və çürümüş ikipartiyalı siyasi sistemə ABŞ-da son qoyulamlıdır.

– Azərbaycanda necə, siyasi islahatlara ehtiyac varmı?

– Əlbətdə, var. Biz Konstitusiya islahatlarına getməklə parlamentli respublika modelinə keçməli, yerli dövlət hakimiyyət orqanlarının başçıları birbaşa xalq tərərfindən seçilməli, proporsional seçki sistemi bərpa olunmalı, məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir. Bu islahatlar həm də iqtisadi islahatları qaçılmaz edəcək, bazar iqtisadiyyatına keçidi, iqtisadiyyatın əsas sahələrinin dövlət inhisarından çıxarılmasını təmin edəcəkdir. İslahatlar iqtisadiyyatımızı gücləndirəcək, sosial ədalətin və sosial dövlət quruculuğunun təmin olunmasına zəmin yaradacaq.

– Qüdrət bəy, son vaxtlar cəmiyyətdə ayrı-ayrı təxribatçı qüvvələrin canlanmasını müşahidə edirik, bu barədə nə deyə bilərsiniz?

– Bəzi şəxslər ədəbsiz davranışları ilə özlərini Azərbaycanda sabitliyi pozmaq istəyən xarici güclərin hədəfinə gətirirlər. Onlara qarşı zor tətbiq etməklə, hətta onları şikəst etməklə, yaxud öldürməklə sabitliyi pozmağa cəhdlər edilə bilər. Mən bilirəm ki, onların çoxunu sadəcə bu cür davranışa vadar edirlər. Əgər kiminsə şikayəti onun düşüncəsinə görə obyektiv araşdırılmırsa həmin orqanın fəaliyyətinə nəzarət edən orqanlara müraciət edilməlidir. Bu edilmirsə, deməli məqsəd obyektiv həqiqəti üzə çıxarmaq deyil. Hamı nəzərə almalıdır ki, tərbiyəsizlik və ağır təhqirlər həm də zorakılıq doğura bilər. Ədəbsizliklə, təhqirlərlə necə obyektiv qərarların qəbuluna nail olmaq olar? Tərbiyəsizliklə necə sivil cəmiyyət qurmaq, yaxud bunu qanunun aliliyi uğrunda mübarizə kimi təqdim etmək olar? Ermənipərəst ölkələrə sığınıb vətənpərvərlikdən danışanlar, tərbiyəsizliyi qəhrəmanlıq hesab edənlər Azərbaycan cəmiyyətindən dəstək ala bilməzlər. Azərbaycan balaca ölkədir, burada hamı kimin nə ilə nəfəs aldığını yaxşı bilir.
Bizdə həm də yersiz radikallığa sövq etməklə yeni siyasi “liderlər” yaratmaq təcrübəsi (hətta həmin “liderlər” döyülsə, təhqir olunsa, həbsə atılsa belə) özünü doğrultmur.
Kiminsə əlində oyuncaq olub, pis əməllər hesabına populyar olmaq istəyənlər nəzərə alsınlar ki, ölkəmizdə Prezidentə və dövlətə sadiq, sabitliyi təmin edən güc strukturları, təhlükəsizlik xidməti var və onların başında təcrübəli şəxslər dayanır. Bu cür təxribatlarla nə həmin dövlət orqanlarını nə də onların başında dayanan şəxsləri gözdən salmaq olmaz. Kimin nə vaxt istefaya göndərilməsini, yaxud daha yüksək vəzifəyə irəli çəkilməsini də ədəbsiz uşaqlar yox, Prezident müəyyən edir. Hazırda əsas vəzifə həmin təxribatçı uşaqları ortaya atanların tapılıb cəzalandırılması olmalıdır. Yalnız yaxşı işlərdə iqtidardan geri qalmadığını, digər məsələlərdə isə ondan üstün olduğunu cəmiyyətə sübut etməklə onun rəğbətini və siyasi dəstəyini qazanmaq olar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Baydenin açıqlamasına əhəmiyyət vermirik” – Ərdoğan

Next Post

Ərdoğan Putinlə danışacaq

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Ərdoğan Putinlə danışacaq

Ərdoğan Putinlə danışacaq

Bayden Makronu tapa bilmir

Bayden Makronu tapa bilmir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.