“Türkiyəyə hər zaman hörmətlə yanaşırdım, bu gün isə bu hörmət ikiqat artdı, möhkəmləndi.”
SalamNews xəbər verir ki, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində Türkiyənin Rusiya hərbi təyyarəsini vurması hadisəsinə münasibət bildirərkən yazıb.
“Putin hər zaman olduğu kimi, yenə yalan danışır. Onun təyyarəsi Türkiyənin hava məkanına girib və Suriyanın İŞİD olmayan hissəsində uçub. Təyyarənin uçduğu bölgədə Əsəd rejiminə qarşı vuruşanlar olub. Bu, bir daha Putinin terrorla mübarizədə faydasız müttəfiq olduğunu sübut edir.”, – M.Saakaşvili bildirib.
– See more at: http://salamnews.org/az/news/read/197709#sthash.KILleQ34.NiVnCzSE.dpuf




