“Suriya və Türkiyəni ərzaq və yataq dəstləri ilə təmin etmək üçün hökumətin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 157 milyon 816 min dram ayrılıb”.
Elchi.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan Suriyaya gedən xilasedicilərin geri qayıtdığını, Türkiyəyə gedən xilasedicilərin isə quru yolu ilə qayıdacaqlarını bildirib. O, qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfəri çox mühüm və simvolik bir hadisədir.
Baş nazir bəyan edib ki, Türkiyəyə humanitar yardım göndərilməsi ilə bağlı tənqidləri qəbuledilməz hesab edir:
“Mən milyonlarla insanın dəstəyə ehtiyacı olduğu və kiminsə buna biganə qala biləcəyi hər hansı bir vəziyyəti təsəvvür edə bilmirəm, bu, qəbuledilməzdir”.
Yeganə






