Belçikanın paytaxtı Brüsseldə PKK terror təşkilatı tərəfindən Türkiyə-Avropa Birliyi danışıqlarının getdiyi binanın qarşısında qurulan çadırlar türk ülküçülər tərəfindən yandırılıb.
Bu haqda Türkiyə mediası məlumat yayıb.
Ülküçülər Brüsseldə PKK-çıların çadırlarını yandırdıqlarını əks etdirən fotoları sosial mediada da yayıblar.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələyə sərt reaksiya vermiş və Avropa Birliyini ikiüzlülükdə ittiham etmişdi.
“Belçika hökuməti terrorçuları müdafiə edərək deyir ki, bu düşüncə azadlığıdır. Bu necə bir düşüncə azadlığıdır ki, Parisdə olduğu zaman dünyanı ayağa qaldırırsınız, Ankarada və ya İstanbulda olduğu zaman narahat olmursunuz?”
Məsələylə bağlı Türkiyə hökuməti rəsmi Brüsselə nota vermişdi.
Xatırladaq ki, Avropa Birliyi üzvü olan dövlətlər PKK-nı terror təşkilatı kimi tanıyırlar. Lakin, PKK tərəfdarları mütəmadi olaraq Avropa Birliyi ölkələrində aksiyalar keçirir və terror təşkilatının bayraqlarını, şuarlarını qaldırırlar.







