Kürdüstan Regional rəhbərliyi başçısı Məsud Bərzani rəsmi dil qanununu təsdiq edib. Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, Kürdüstan regional rəhbərliyində kürd və ərəb dillərindən başqa, türkmən və erməni dili də rəsmi dil statusu qazanıb. Qanunun qəbul olunmasından sonra Kürdüstan parlamentinin mətbuat katibi Tarıq Cövhər müvafiq qanunun 29 oktyabrda Kürdüstan parlamenti tərəfindən qəbul edildiyini, 20 noyabrda isə Bərzaniyə təqdim olunduğunu bildirib. Məsud Bərzani qanunu təsdiq edərək qüvvəyə minməsi üçün hökumətə göndərib.
Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib
Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...



