"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Türkmənistan neytrallıq prinsipi ilə müşahidəçilik statusuna üstünlük verməkdə davam edir”

12 Oktyabr 2022 - 10:26
in GÜNDƏM

“Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfər etdi. Səfəri bir çox baxımdan məhsuldar hesab etmək olar”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bunu politoloq Turan Rzayev FB hesabında qeyd edib.

“Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünün intensivliyi ilə seçilməyib. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu mənada Prezident İlham Əliyevin Qırğızıstan səfəri iki ölkə münasibətlərinin inkişaf etməsi baxımından olduqca vacibdir.
Ümumiyyətlə, rəsmi Bakının Türk Dövlətləri Təşkilatı ailəsinin üzvü olan Qırğızıstana diqqət ayırması təsadüfi deyil. Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir zamanda Mərkəzi Asiya və regionun türk ölkələri böyük güclərin marağındadır. Region ölkələri uğrunda mübarizənin getdiyi bir zamanda onsuz da kövrək olan TDT üzvü ölkələrlə münasibətlərin pərçimlənməsinə ehtiyac var. Bu mənada Prezidentin Qırğızıstana səfərini həm də TDT-nin inkişafına yönələn addım kimi qiymətləndirmək olar.Bu mövzuda Türkiyənin fəaliyyəti də Azərbaycanla paralellik təşkil edir. Yəni rəsmi Bakı və Ankara TDT-nin inkişaf etməsi və üzv ölkələr arasında münasibətlərin normallaşmasına səylər göstərir.
Qırğızıstan və Özbəkistan arasında sərhəd dəyişikliyi
Qırğızıstan və Özbəkistan arasında sərhəd dəyişikliyi ilə bağlı birgə protokol imzalandı. Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri və Nazirlər Kabinetinin vitse-prezidenti Kamçıbek Tasiyev və Özbəkistanın Baş naziri Abdullo Aripov sərhədin müəyyənləşdirilməsi ilə bağlı birgə protokolu imzalayıblar. Protokolda Qırğızıstan-Özbəkistan dövlət sərhədinin bəlli hissələri ilə bağlı yeni prosedurun başlanması qeyd edilib.
Qırğızıstan və Özbəkistan arasında 1379 kilometrlik bölgə ilə əlaqədar 2021-ci ilin 23-25 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə aparılan sərhəd müzakirələrində problemin qarşılıqlı ərazi dəyişməsi yolu ilə həll olunması qərara gəlinmişdi. Bu gün isə bu proses real əməli müstəviyə keçib.
Tərəflər arasında bu prosesin uğurlu getməsində Ankara və Bakının səyləri, diplomatik təmasları xüsusi vurğulanmalıdır. Çünki istər Türkiyə, istərsə də Azərbaycan Prezidentlərinin həm Qırğızıstana, həm də Özbəkistana yaxın tarixlərdə səfər etməsi diqqət çəkir.Yeri gəlmişkən, Prezidentin Qırğızıstan səfəri də məhz Qırğızıstan-Özbəkistan dövlət sərhədinin bəlli hissələri ilə bağlı yeni prosedurun başlandığı dövrə təsadüf etdi. Bu mənada həm Türkiyə, həm də Azərbaycan Prezidentlərinin Özbəkistan və Qırğızıstan səfərində bu məsələnin ayrı-ayrılıqda tərəflər ilə danışıldığını demək olar.
Amma hər şey istənilən səviyyədə getmir. Belə ki, TDT-nin aktiv fəaliyyəti Türkiyə və Azərbaycanın siyasəti ilə ərsəyə gəlir. Qazaxıstan, Özbəkistan da bu prosesə qoşulub. Qırğızıstan isə bir qədər passivdir. Türkmənistana gəlincə, o, neytrallıq prinsipi ilə müşahidəçilik statusuna üstünlük verməkdə davam edir”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft sürətlə ucuzlaşır

Next Post

Laçında tank mərmisi və əl qumbaraları aşkarlandı

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Laçında tank mərmisi və əl qumbaraları aşkarlandı

Laçında tank mərmisi və əl qumbaraları aşkarlandı

Ərdoğan Putinlə görüşəcək: Masada nələr var?

Ərdoğan Putinlə görüşəcək: Masada nələr var?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.