Türkmənistan Xarici İşlər Nazirliyi Transxəzər Təbii Qaz Boru Kəmərinin tikintisinə mane olan heç bir siyasi, iqtisadi və maliyyə faktorunun olmadığını bəyan edib.
Elchi.az xəbər verir ki, nazirlik öz saytında Türkmənistan təbii qazının Qərbə nəqli layihəsinin reallaşması ilə bağlı beynəlxalq mətbuatda yer alan şərhlərlə bağlı açıqlama yayıb.
“Obyektiv və aydın izahat lazımdır” ifadəsinin işlədildiyi bəyanatda Transxəzər Təbii Qaz Boru Kəmərinin əhəmiyyəti vurğulanıb.
Bəyanatda xatırladılıb ki, Transxəzər Təbii Qaz Boru Kəməri Layihəsinin infrastrukturu Türkmənistanın keçmiş prezidenti Qurbanquli Berdiməhəmmədovun 2007-ci ildə Belçikanın paytaxtı Brüsselə rəsmi səfəri zamanı Avropa İttifaqı (Aİ) liderləri ilə görüşlər zamanı hazırlandığı və 2008-ci ildə Türkmənistanla Aİ arasında enerji sahəsində anlaşma və əməkdaşlıq memorandumunun imzalandığı xatırladılıb.
Şayəstə Hüseynova




