"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkmənistandan gələn tozla bağlı ciddi – Xəbərdarlıq

15 Mart 2017 - 15:25
in XƏBƏR LENTİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti meteoroloji şəraitlə bağlı olaraq ötən gecə və bu gün səhər saatlarında Türkmənistandan Azərbaycana toz dumanı gələcəyi barədə xəbərdarlıq edib. Qeyd edilib ki, Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun miqdarı normadan çoxdur. Elə isə, Türkmənistan gələn “çağırılmamış qonağ”ın insan sağlamlığı üçün hansı zərərləri var?

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Tibb elmləri doktoru, professor Adil Qeybulla Lent.az-a bildirib ki, əvvəlcə ölkəyə daxil olan tozun mənbəyi müəyyən edilməli və toz nümunələri tədqiq edilməlidir.

A.Qeybullanın sözlərinə görə, həmin toz hissəcikləri yerin cazibə qüvvəsi nəticəsində yer atmosferinə daxil olur və bir ölkənin səmasında uzun müddət qalmır: “Toz nümunələrinin nə qədər radioaktiv olub-olmadığı aydınlaşmalıdır. Bu toz külək ya yerin fırlanması nəticəsində öz yerini tədricən dəyişir. Çoxsaylı təbiət faktorları onun öhdəsindən gəlir. Bir hissəsi çökür, bir hissəsi isə səpələnir, yağış yuyub aparır. Toz yer atmosferində uzun müddət qala bilməz”.

A.Qeybulla bildirib ki, toz qatının ağciyər xərçənginə səbəb olduğu da deyilir: “Bunun üçün də tozun tərkibində hansısa radioaktiv elementlərin, yaxud digər konserogen maddələrin olub-olmadığı müəyyən edilməli, radiasiya fonu öyrənilməlidir. Həmin konserogen effekti olan maddələr bronx tellərini mexaniki qıcıqlandırıb ciddi dəyişikliklər törədə bilər. Təbii ki, tək bir amil xərçəng yaratmaq üçün yetərli deyil, amma tozun tərkibində elə radiasion fon ola bilər ki, tənəffüs yollarında irritasiyalar yaradaraq gələcəkdə xərçəng şişinin inkişafı üçün əsas ola bilər. Bundan başqa, gips mənşəli müxtəlif toz hissəciklərinin nəfəs yollarına düşməsi bronxları ciddi şəkildə qıcıqlandırır. Bu da ciddi problemlərə gətirib çıxara bilər. Toz-duman qatı xüsusilə astma xəstəliyi və allergiyası olan insanlara problemlər yaradır. Gözlərində yaz kataraktası olan insanlara bu cür havanın pis təsiri var. Toz hissəcikləri dəridə allergik reaksiyalar da yarada bilər. Tənəffüs yollarında problemi olan insanlar üçün də belə toz daha təhlükəlidir. Hamilə qadınlara və uşaqlara da bu cür hava mənfi təsir edir. Harada toz hissəciyi ilə təmas varsa, orda qıcıqlanma ehtimalı böyükdür. Ona görə insanlar ehtiyatlı olmalıdırlar”.

A.Qeybulla belə hallarda insanların maarifləndirilməsinin vacibliyini vurğulayıb: “ Həmin dövr ərzində insan sağlamlığına məsul olan qurumlar xəbərdaredici tədbirlər görməlidir. Həmin gün ərzində açıq havada çox dayanmaq olmaz, tibbi maskalardan istifadə etmək lazımdır. Ağız örtüyü çox vacibdir. Qapı-pəncərələrin bağlı saxlanılmasına diqqət etmək lazımdır. Toz nümunələrinin tənəffüs yollarına daxil olması, nəfəs alma mümkün qədər məhdudlaşdırılmalıdır.

Bu dövrdə insan orqanizminin, eləcə də heyvanların bu tozla təması nə qədər az olsa, tozun zərərverici təsiri də az olar”.

Psixoloq Sona Quliyeva isə deyib ki, belə hava insanların əsəb sisteminə təsir edir: “Havada toz qatı səbəbindən insanların psixoloji durumu pozulur. Belə hava insanların əhval-ruhiyyəsinə ciddi təsir edir. İnsan bu haqda məlumatı olanda “Nə isə olacaq” deyə özünü mənfiyə yükləyir. Belə olan halda isə həmin insana psixoloji olaraq mənfi təsir çox olur. Bu cür hava yorğunluğa səbəb ola, yüksək təzyiqi olan insanlara mənfi təsir göstərə bilər”.

Qeyd edək ki, 2009-cu il iyun ayının son iki günündə də oxşar təbiət hadisəsi olub. O zaman da Türkmənistandan gələn güclü axın bu cür tozlu-çiskinli hava yaratmışdı.

  • Facebook
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistan Azərbaycana müraciət etdi

Next Post

Bakıda avtobuslar bütün yolu bağladı – VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakıda avtobuslar bütün yolu bağladı – VİDEO

Bakıda 1729 ailənin evi söküləcək - Böyük tikinti planı açıqlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.