Türkiyə istehsalı olan “Turkovak” vaksininin üçüncü, yəni kliniki sınaqlar fazasının bir hissəsinin Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulur.
Bunu səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.
Nazir əvəzi adıçəkilən peyvəndin Azərbaycanda nə zaman tətbiq olunacağına dair sualı cavablandırarkən isə hazırda bununla bağlı prosesin davam etdiyini qeyd edib.






