"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tütün qoxur əllərim…

06 Aprel 2015 - 15:38
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Tütün qoxur əllərim...

 
Nə deyirsiz deyin, sənətkarlar öləndə dünyanın ağayanalığı azalır. 
Elə bil yüngülləşib su üzünə qalxır yer kürəsi. 
Ölümə haqq qazandırmaq olmur, heç cür. 
Necə üzülməyəsən?! 
“Ölüm haqdı” deyib ölənlərimiz üçün ağlayanlarıq biz.
O zaman gərək üzülməyək insanımızı itirəndə. Tanrı bizi aldatmış ola bilər, biz özümüzə yalan danışmayaq.  Ölüm və haqq? Tərs mütənasiblikdi.
Qaç, çabala, savaş, yarat və… başa düşmürəm, ölüm ən böyük haqsızlıq deyilsə, haqsızlıq nəyə deyirsiz?
Səsin həyatımızdakı rəngini  “O” nun ölüm xəbərini alanda daha yaxşı gördüm, nə  yalan deyim. Buna qədər musiqi yalnız müşaətçim idi.
Şeirlərimi də bəzən musiqi dinləyərək  yazmışam.
Bir dəfə müsahibədə jurnalist sual verdi mənə:  musiqisiz necə olardı dünya?
Həmən çırmanıb bütün sualların cavabı mənim başımdakı bilgi qutusundadı, indi eşələyib taparam pontu yarada bilmədim. Çaşıb qaldım. Gözlərimi  dünyaya dikdim. Həyata qulaq verdim. Dadibidad, həyat necə dırıltılıydı. Musiqi olmasa həyatın dırıltısı bizi məhv edər, dedim o qıza. Bilmədim bu cavabla yetindi, ya yox.
Ondan sonra hər amansız dırıltıda özümü səslərin kompazisiyasına verdim.
Notlar qalaktikasında itirdim dünyanın bağırtısını. İçimdəki üsyanı bu cür yatırdım bəzən.
Mahnıları yaşayır yaşamağına, ancaq bundan sonra hər dinləyəndə onun yoxluğunu duyuracaq ağırlıq olacaq.
İlk dəfədi yaşayan sənətkarımı itirdiyimi belə içdən, səmimi hiss edirəm. Kayahan…
Adı belə əzəmətlidi. Qaya kimi bir sənətkardı, bəy əfəndiydi.
İndi bilmirəm, belə adət var, ya yox, bizim yeniyetməliyimizdə sevgililər ev telefonlarıyla  zəng vurub bir-birinə mahnı dinlədərdilər. Hələ tumurcuq dönəmini yaşayan gənclik ehtirası, bədənin hər tərəfinə sığal çəkib özünü saf-saf  ifadə etdiyi dönəmlərdə, telefon dəstəyində dünyanın ən təmiz həyəcanıyla insan nəfəsini musiqiyə qarışdırıb sevgiliyə ötürərdi.
Bu, nəğmə idi. Heç vaxt unutmayacağım. “Beni anlamadın ya” – Kayahandan. Biz ona “lya fa , lya sol “ da deyirdik.
Sokakları qamçılayır rüzgarın səsi
Gözlərim yanır  yağmur öncəsi
Hər rəsimdə əllərim əllərini arayır
Hər yanımı sarır o müdhiş acıların. 
Biz telefon dəstəyi ilə sevgi notlarını sevişdirirdik. Belə də olurdu.
Günlərlə mahnılarını, şeirlərini təkrar-təkrar dinlərdik.  Bu dəfə bədənimizlə sevişdirmək istədiyimiz bədənlər vardı artıq, böyümüşdük…
Həyat nə bir dibsiz quyu, nə də dar bir sokakdı
Dəyişik yollar vardır, hamısı sevgiyə çıxar.
Sənin yolun çıxmırsa, getmirsən demək.
Kayahan sağlığında haqqını alan sənətkardı, ancaq ölüm ziyan olan zəhmətinin də bədələni verəcək.
Gecələr tütün qoxar əllərim…
İlahi, neçə belə gecə yaşanıb həyatımızda.
Bu şeir yazılana qədər neçə siqaret qutusu boşalıb. Neçə itkini, ayrılığı tütün qoxusuyla yaşamışıq.
Onunku yaradıcılıq deyil, bu dekadens dünyanın var-gücüylə batırmaq istədiyi böyük duyğuları qurtarmaq, yaşatmaq çabasıdı.  Ömrünün sonuna qədər aşk dedi, başqa bir şey də demədi.   İntellektual idi,  qayanın içindən qaza-qaza özünə yol tapıb axan su kimidi onun əsərləri. Dərin-dərin qatlardan keçib gəlirdi, damcı-damcı yığılırdı bir yerə. “Sənətkar gərək  bilgili olsun, bu baqaj onun yaratdığı sənət əsərini güclü edir” deyirdi.  Günlərlə oxuyar, yazıb-pozar, gitarasının simlərinə sarılar, düşünər, düşünərdi.
Müəllifi olduğu bütün mahnı sözlərində sevgiyə  bir sayğı  duruşu var.
Sevgilini  günahlandıracaq bir işartı belə yoxdu. Böyük olmaqdan qorxmazdı.
İki dəfə evli olub. Hər evlilikdən bir qızı  var. Qızlarına yazdığı mahnılarda gizli bir kədər sızladır, cırmaqlıyır ruhunu. Kayahanın əsərlərində görünən gizlilik var. Bilmirəm, bunu necə izah edim. Var.
 
Qınamazdı sevgilini. Ən uzağı “yemin etdim, dönəməm geri” deyərdi. 
Hissləri adı ilə çağırar, yaşantıları quraşdırıcılıq etmədən anladardı. 
Kübarca, erkəkcə danışardı “aşk hekayə”sini.  
“Diet yapardın, alınmayanda deyinərdin. Yəni, onunla da anlaşmazdın” deyir  şeirində. Onunla DA! “Mənlə anlaşmadığın kimi” eyhamını bu qədər ehtiyatla, aşağılamadan deyə bilməkdi onun sənətkar özəlliyi.
O, Türkiyədə 270 min dinləyiciyə konsert verən rekordsmen idi.
“Yolu sevgidən keçənlər”  deyirdi  dinləyicilərinə.
11 albom, saysız bəstə, şeir. İlk qızına Bəstə adı verib.   “Ən dəyərli varlığıma mənim üçün ən əziz nəsnənin adını verdim”.   İkinci qızının adı  Aslıgönüldü.
Qızına yazdığı mahnını hərdən Qızıma oxuyuram.
“Dinlə, yavrucuğum, hayat bir nağıldı, qurdlarla quzular birlikdə yaşar…”
30 il sevginin tək sənət növü olduğunu dedi.
Kayahan nəsnələri, insanları qoxusu ilə anlayan, qoxusu ilə tanıyan biriydi: “sən kokunu sürərdin, oda sən kokardı” 
Çox adamın “aşk hekayə”sini xatırladan Kayahanı ölümündən sonra anaq, bizə qiymətli əsərlər, xatirələr qoyub gedənləri …
Bu da onun sevdiyim şeiri.
Uzaqlardan, çoox uzaqlardan, görülməsi zor gəmilər keçir
Yenə saçlarını toplamış, gedir Günəş
Xəyallarım iç cibimdə, ağır-ağır yola çıxıram mən də səninlə…
 
Aysel Əlizadə 
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Atatürkün ölümünə dair 77 illik sirr…

Next Post

Rusiyada miqrantlar üçün şərtlər daha da ağırlaşır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiyada miqrantlar üçün şərtlər daha da ağırlaşır

Nazirliyin laboratoriyası yandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.