
“Twitter” sosial şəbəkəsi 2016-cı ilin II yarısı ərzində terrorçuluğun təbliği ilə məşğul olan 377 minə yaxın istifadəçini blok edib.
Report xəbər verir ki, bu barədə sosial şəbəkənin hesabatında bildirilir. “2016-cı ilin 1 iyul – 31 dekabr tarixləri ərzində terrorçuluğun təbliğatı ilə əlaqəli pozuntulara görə 376 min 890 əkkauntun işi dayandırılıb”, – deyə hesabatda qeyd olunur. Bununla belə, belə əkkauntların 74 faizi “Twitter”in spamlarla mübarizə üzrə şəxsi alətləri vasitəsi ilə aşkar olunub.
Milli.Az



