"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Üç rayonda reyd: 500 sürücü cərimələnib

13 Dekabr 2014 - 11:34
in XƏBƏR LENTİ
img1701745Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Yevlax, Göyçay və Ağdaş rayonlarında reyd keçirib.
APA-nın yerli bürosunun xəbərinə görə, həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən xeyli sayda sürücü müəyyən edilərək barəsində müvafiq tədbirlər görülüb.
Reyd zamanı yol polisi əməkdaşlarının göstərişlərinə əməl etməyən, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib asayiş keşikçilərinə tabe olmaq istəməyən sürücülərə də rast gəlinib. Reyd zamanı bir neçə vəzifəli şəxs də polisin dayanmaq göstərişinə əməl etməyib. Həmin sürücülər saxlanılaraq lazımi tədbirlər görülüb.
Reydlərdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Ərəstun Məcidov bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən yol polisi əməkdaşları tərəfindən Ağdaş, Yevlax və Göyçay rayonlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı yol nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb ola biləcək qayda pozuntuları aşkar edilib.
Nəqliyyat vasitəsinin sərxoş idarə edilməsi, sürət həddinin aşılması, ötmə qaydalarının pozulması, qəza şəraitinin yaradılması və digər qayda pozuntularının aşkar olunması ilə bağlı təşkil olunan bu reydlər zamanı 500-dən çox sürücü barəsində inzibati tədbir görülüb.
Ə. Məcidov qeyd edib ki, iki gün ərzində 3 rayonda keçirilən reydlər zamanı yol polisi əməkdaşlarının qanuni tələbinə əməl etməyən və ona müqavimət göstərən 3 nəfər saxlanılıb, onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə materiallar tərtib olunaraq məhkəməyə göndərilib.
Həmçinin, reyd zamanı 200-dən çox sürücü təhlükəsizlik kəmərindən istifadə etməməsi ilə bağlı, 5 sürücü avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunub, 500-dən çox sürücüyə isə şifahi xəbərdarlıq edilib, onlarla profilaktik söhbət aparılıb.
Ə. Məcidov bildirib ki, aparılan təhlil və müşahidələrə görə sürücülük intizamının səviyyəsi aşağı olan və yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının yüksək olduğu yerlərdə bu cür reydlər ilin sonunadək və bayram günlərində davam etdiriləcək, sonda ictimaiyyətə geniş məlumat veriləcək.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq keçiriləcək

Next Post

Venesiya Komissiyası Azərbaycanın “QHT-lər haqqında” qanununa rəy verib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Venesiya Komissiyası Azərbaycanın “QHT-lər haqqında” qanununa rəy verib

Əli Həsənov: "Müxalifətlə dialoqda olan hakimiyyət güclü olur"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.