Üç rayonun qaz təchizatı məhdudlaşdırılır

>

Bunu da oxuyun

Bu gün SOCAR-ın “Qaz İxrac” İdarəsinin Magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.

Elchi.az “APA”ya istinadən xəbər verir ki, iyulun 10-dan 12-nə kimi diametri 1020 mm-lik “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 323 və 340-cı kilometrlərində təmir işlərinin aparılması ilə əlaqədar, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728