"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Uçan boşqablar

01 Aprel 2016 - 01:09
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

O günnəri, yaxşı yadımdadı, həm gözlərimdə, həm daxilimdə eyni təlaş, eyni oxşar həyəcan hakimdi.

Lap əvvəlcə səmadakı gümüşü ay kürəsi, öz rahat, şairanə yerindən tərpəndi elə bil.  Səyyar ala buludlar arxasına keçdi. İtdi orda birdəfəlik. Ətrafa qatı zil zülmət çökdü. Sonra pişiklərin ən dəcəli, cırtqozu, uzun qara divar arxasında gizləndi. Az sonra gözəl qadın çöhrəsi, pencərə şüşələrinə yapışıb, tez də geri çəkildi ordan. Qeyb aləmində əridi.

Pencərəm önündə bir müddət  tək-tənha qaldım. Hiss etdim ki, bu gecə həyatımda nəysə çox ciddi bir nadir hadisə baş verəcək.

***

Baxışlarım, rəhmətlik atamın divardakı fotoşəkilindən kənara sürüşdü. Gəlib dirəndi bir məchul nöqtəyə. Burda da çox ləngimədi. Axır, gəlib sancıldı  küçə qapımızın üzərindəki qup-quru üzərlik koluna. O nöqtədə bir müddət mıxlanıb qaldı.

Bu vaxt, dəhlizdəki telefon aparatımız dayanmadan zəng vurmağa başladı. Dəstəyi, könülsüz ovcuma sıxdım.

– Salam. Bağışlayın…siz məni tanmırsız. – səs yiyəsi, əvvəlcə bir-iki saniyə tərəddüd hissi yaşadı. – Burda əlahiddə bir hadisə qeydə alınıb.

Küncdəki televizorun səsini alçaldıb, telefon dəstəyinə qışqırdım.

– Dəqiq danışın…burda yəni harda? – haqlı iradımı deməkdən çəkinmədim. Diqqətim hələki televizordaydı. Nəinki qulağıma sıxdığım soyuq telefon dəstəyində.

– Lənkəranda. Lerik yolunun 18-ci kilometrində dağ uçqunu baş verib… Dərin alt süxurlardan bilirsinizmi nələr eşiyə tökülüb?

Həmsöhbətimin sinəsi tövşədi bu vaxt. Nəfəsi xırıldadı.

– İxtiraçıyam. Lənkəranda fiqurlu kərpicləri ilk dəfə mən bişirmişəm. Sadiq Elər kimi tanınıram burda. Əlbətdə posportda adım tam başqadır.

– Yaxşı, gecənin bu vaxtında niyə mənə zəng vurursuz? – cümləmin axırında ucadan əsnədim. Telefon dəstəyini yerinə qaytarmağa hazırlaşırdım.

– Bilirsiz, alt süxurlardan yola on-on beş ədəd… – səs sahibi karıxdı bu vaxt. Cümləsinin axırını gecikdirdi. – Daşlaşmış uçan boşqab tökülüb.

Son cümləni məcbur etdim bir də təkrarlasın o.

– Nə tökülüb? On-on beş ədəd daşlaşmış uçan boşqab? –  qulağımı mikrafona bərk-bərk sıxdım.

– Bəli.

Söhbətimizə anında kənar xışıltılar müdaxilə etdi bu vaxt. Məcbur qaldım ağzımı telefona sıxıb,  cümləmim axırını dəfələrlə təkrarlamağa:

– Nəəəə? Nəəəə? Uçan boşqabmı? On-on beş ədəd? Yaxşı vəziyyətdədi heç olmasa bu tapıntılar? Bu barədə daha kimlərə xəbər ötürübsüz?

Lal televizorumuzun rəngarəng işartıları, ətrafımda elə biləsən rəqs edirdi. Əlim getdi işığın divardakı batıq düyməsinə. İşığı yandırdım. Divar güzgüsündə gec də olsa özümü aşkarlayıb xəfifcə gülümsündüm:

– Sabahları, inşallah çəkiliş dəstəmlə hüzurunuzdayam, Sadiq bəy. Mövzunu qapalı saxlayın. Gözləyin… – deyib, qısa fasilədən sonra söhbətimizin axırını tamam yad səslə bitirdim:

– Yoxxx…mən ləvəngini sevmirəm…

***

Lənkəranadək dayanmaq-zad nədir bilmədik. Mikroavtobusumuzun iti sürəti, yol kənarındakı müxtəlif mənzərələri, piyadaları, ağacları bir-birinə calayıb qovuşdururdu. Bu hissi əvvəllər də keçirmişdim. Amma bir qədr sönük. İndi isə bu hissim lap bütövləşmişdi. Elə bilirdim ki, şüşə arxasında nə varsa vahid bir ideya ətrafında sıx birləşib. Pərəkəndəliyini birdəfəlik dəf edib.

İxtiraçının evi, Lənkərandan azca aralı məsafədə, palçıqlı yolların bitdiyi, sıx meşələrin boy qaldırdığı itbat bir yerdə qərar tutmuşdu.

Atları, ağacları, qapıları çox qocaydı bu itkin ünvanın.

İnsanları, divarları, ağacları burda elə biləsən eyni yad qüvvə birdəfəlik əymişdi. Əzmişdi… Nə varsa əyriydi burda. Doğru-dürüst heç zad, heç nə yoxdu.

Hara getsəydin başına anında uşaqlar toplaşacaqdı əvvəlcə. Sonra görəcəkdin ki, bir qoca ixtiyar kişi, yaxud qarı, əlində çubuğ, uzaqdan-uzağa aramla sən tərəfə səmtlənib gəlir. Hind quşlarının, qoyunların, yekəpər inəklərin burdakı azadlığı, hökmü, hakimiyyəti mütləq idi. Kimin ağzı, ağlı nəydi ki, onlara tərs-tərs baxsın. Yaxud mane olsun yollardakı bu tam azad canlılara.

Qısası, heyvanları, quşları azaddı, insanları isə mütü köləydi, quldu elə biləsən buraların…

Sadiqin qapısını ömrümdə görməsəm də, bilmirəm niyə onu elə lap uzaqdan tanıdım.

– Sür bax o tinə…asta ol…ətraf palçıqdı. Batarıq Şamaxı batan kimi.

Sadiq bəy, çox sonradan qarşımızda peyda olub sürücümüzə yolun təhlükəsiz hissələrini nişan verdi.

– Sağ tərəfi götür…Ay bərəkallah… çalış mühərrikin sönməsin ha…

Çay, yemək dəstgahından yenə də canımızı qurtara bilmədik. Bu vaxt imkan edib Sadiq bəyə müştəri gözüylə baxdım. Hiss olunurdu ki, yazığın  müstəsna ixtiraçılıq istedadı  adi günlərin axarında öz əvvəlki parıltısını itirib.

Həyətdəki əldəqayırma qurğuya elə ilk baxışım Sadiq bəyin acı etiraflarıyla müşayət olundu:

– Fiqurlu kərpicləri bax bu qurğuda presləmişəm mən. Sonralar həmin bu təcrübəm Ukraynaya, Gürcüstana yayıldı məndən xəbərsiz.

Həyətdəki qazlardan, ördəklərdən ilhamlanmaq mümkün idi. İnsanlardan isə qətiyyən yox. Hamı çox bədbin idi burda…

Sadiq bəyin ixtiraçılığı çoxlarını əsəbləşdirirdi hətta. Kimsə, qəfildən deyindi:

–  Görək bu dəfə nə aşkarlayıb daa Sadiq kişi…

***

Baharın soyuq mart vədəsində qayıtdıq yenə öz mikroavtobusumuza. Mühərriki güclə oyadıb üz tutduq Lerik səmtə.

Təzəcə yuyulub qapı ağzına atılmış qara qaloşlar, arxada buraxdığımız ən niskilli, ağrılı mənzərəydi desəm, bəlkə də yanılmaram. Sadiq Elər, bu mənzərəyə taxıldığımı görüb azca gülümsədi.

–  Anamdı…Arvad yorulmur ki, yorulmur…Yazıq, bayaq qaloşlarınızı yuyub atdı qapı ağzına…

Lənkəran tərəfdəki dəniz bombozdu. Gəmisiz, yelkənsiz dəniz cəlbedici deyildi. Qumla suyun sərhəddindəki hərəkətli qaraltılar, kölgələr bizləri azca qorxudurdu. Dərələrin dibindəki qaya parçalarını izləyə-izləyə gəlib yetişdik Lerik yolunun 18-ci kilometrinə.

Buldozer, ekskovatorlar yanbayan işləyir, yolu genişləndirirdilər. Vaxtaşırı qum-torpaq uçqunları baş verirdi burda. Növbəti belə bir uçqun elə bil yolumuzu gözləyirdi. Birdə gördük hə, dağın yaralı döşündən torpaq axır, qayalar, daşlar qopub sürətlə aşağı yuvarlanır. Üstümə şığıyan belə qaya parçalarından biri, düz qarşımdan şığıyıb uğultuyla aşağıdakı dərəyə yuvarlandı. Qorxudan  əllərini sifətində cütləyən buldozerçi, dərindən ah çəkdi. Baxanda gördüm bu yazığın əllləri necə aramla tədricən üzündən aşağı sürüşür.

– Bəxtiniz varmış. Dedim bəs day sizi burda həmişəlik itirdik.

Hadisə yerindən ilk reportajımı buldozerçinin kabinəsindən başladım:

–  Diqqət! Arxamda aramsız olaraq torpaq uçqunları baş verir. Ərazi təhlükəlidir. Növbəti uçqun zamanı müşahidəçilər deyir ki, biz hətta həlak da ola bilərdik. İndi nisbi sakitlikdir. Yol-təmir işləri öz axarınca davam edir. Gördüyünüz kimi dayanmır. Buldozerlər guruldayır, ekskovatorların iti çənələri dağa sancılır. Dünəndən bəri bu yarıqlardan yerə, inanmazsız desəm…bəli, daşlaşmış uçan boşqablar yağır. Boşqabların ölçüləri nəhəngdir. Səthləri tam hamardırş. Standartdır. Sanki yonma dəzgahından indicə çıxıblar.

Reportajımın gərgin nəbzini pozmadan, buldozerin vəhşi sədaları altında kabinədən aşağı enib mikrafonu vaxtında Sadiq bəyə ötürməyi bacardım.

Kameramızın iti gözü Sadiqin üzünü nişan alan kimi mövzu davam etdi:

– Aşkarlanmış möcüzəli tapıntılar nəhəng dəyirman daşlarını da xatırladır bəzən. Ölçüləri standartdır. Əvvəlcə insan bu möcüzələrin daşlaşmış uçan boğqablar olduğuna inamaq istəmir. Ancaq, tanışlığın elə ilk dəqiqələrindən həmin şübhələr hər an artır. Axırda beyinlərdə şübhə yeri qoymur. Bəli, bunlar möcüzədir. Daşlaşmış uçan boşqablardır. Təbiətin bir parçası deyillər. İndi görəcəksiz ki, sünidirlər. Elə bil eyni dəzgahdan çıxıblar. Əla görünüşə malikdirlər. Aşağı, dərəyə ensək mən sizi bu tapıntılarla daha yaxından tanış etmək imkanı qazanardım.

Mikrofonu söndürsək də çəkiliş davam edirdi. Yolun kənarına çıxınca dördümüz də – mən, Sadiq, operatorumuz Qadir, rejissor Həbib, – dizlərimizi qucaqlayaraq sürətlə aşağıya sürüşdük. On-on beş daşlaşmış uçan boşqab müxtəlif istiqamətlərdə ətrafa səpələnmişdi. Bəziləri, dərədəki  çay hövzəsində palçığa, suya batmışdılar. Bədənlərinin tən yarısı üzdəydi. Qalanı torpaq altda. Çayın ortasında ağaran bir uçan boşqabın görünüşü lap əlaydı. Lakin ona yaxınlaşmaq xeyli vaxt istədi bizdən.

Şükür ayaqlarımızdakı uzunboğaz çəkmələrə. Bizi, dizə çıxan palçıqdan pis-yaxşı birtəhər qorudular. Məhz bu köməyin sayəsində təbii maneələri tezliklə arxada qoyub gəlib çatdıq hədəfimizin əsas nöqtəsinə. Çayın ortasında lövbər atmış uçan boşqaba. Möcüzəni görüncə özümü onun üstünə qalxmaqdan saxlaya bilmədim.

Daşlaşmış səyyarənin üzərinə qalxdığım an yaddaşımımdan heç vaxt silinən deyil. Ovuclarımda, sinəmdə bu əfsanənin istisini, hərarətini hələ də itirməmişəm. Məni bu möcüzələrin hamar səthi valeh etdi. Nə əvvəl, nə sonra bu mükəmməllikdə yonma daş nümunəsinə rastlamayacağıma indidən əmindim. Əllərim, ovuclarım bu möcüzədən ayrılmaq istəmirdi. Uçan boşqabın başına bir neçə dəfə hərlənib axır yenə üstünə sıçradım. Daşı, köhlən at kimi minib üzərində bir iki xatirə fotosu çəkdirməyi unutmadım.

İndi bu şəkili izləyən bir köpəkoğlu deyə bilməz ki, bəs mən yadplanetli deyiləm.

Operatorumuz Qadirə çəkilişlərə görə indiyədək minnətdaram. Yazıq, palçığa, təhlükələrə baxmadan bu möcüzələri bittə-bittə lentə aldı. Az qaldı arxasındakı çaya da sürüşsün. Biçarənin qolundan bu vaxt elə özüm yapışdım:

– Bu günü yadda saxla. İkinci dəfə bax burda doğulmusan. Mamaçan da elə özüməm.

Çəkilişləri bitirib ştativləri, işığı, videokameraları çantalarına qaytaranda hələ də gözlərimizə inanmırdıq.

Mikroavtobuzumuzun, elə özümüzn reallığına hələ alışmaq, öyrənmək lazımdı sanki bizə. Bunu, çətin də olsa, dəf etdik. Mühərrikin vəhşi uğultusu bizi yenidən həyata qaytardı.

Mikroavtobusumuzun içində heç özüm də bilmədim məni necə yuxu apardı.

***

Gözümü açıb başım üzərində Sadiq bəyi görüb bərk diksindim.

Yaddaşım korşalmışdı. Nə vaxt onun kasıb yuvasına qayıtmışdıq, nə vaxt çarpayıya uzanıb yuxulamışdım…həəə, bütün bunları xatırlaya bilmirdim.

Altımdakı çarpayı bərk cırıldadı. Yerimdən kal-kal qalxıb Sadiq bəylə birgə gen həyətə çıxdım. Səhərin xoş ətri beynimi dumanlandırdı. Xeyli sonra Sadiq bəy:

– Göydən adətən üç alma düşür. Hazırlaşın. Digər möcüzələr də olacaq. – sözlərini astaca arxamdan qulağıma pıçıldadı.

Eşitdiklərimi, əvvəlcə cavabsız buraxdım. Əvəzinə, geri qanrılıb, ilk dəfə Sadiqin sifətinə diqqət etdim.

Yazığın üzündə qan ləkələri vardı. Kasıbçılıqdı, üzqırxanı çoxdan paslanıb kütəlmişdi görünür. Üz-gözü tüklü gəzirmiş bəlkə də həmişə. Gəldiyimizi eşidib, üzünü qırxmaq istəyirmiş bədbəxt. Nəticədə, sifətini kəsik-kəsik edibmiş.

– Yaxşı, de, daha nələr düşür burda göydən adamın başına? – sualımı gec də olsa, pıçıldamağı bacardım.

– Heç nə. Bax bu cür çürük qol-budaqlar. – deyən Sadiq, əl atdı başı üzərindəki yekə, heyvərə çürük budağa.

– Tələsmə. Çürük budaqlar özü yaxşı bilir nə vaxr, harda, hansı əclafın təpəsinə düşür. – iti baxışlarımı, day Sadiqin sifətindən ayıran deyildim. Hiss edirdim  nəsə çox gizli bir mətləbin üstünə gəlib çıxmışam. Əsl həqiqətin nolduğunu bax elə indicə Sadiqin dilindən eşidəcəyəm.

– Daha nə düşür burda adamın başına? Düzünü de…

Sadiq bəy diksinib, durduğu nöqtədən bir-iki addım gerilədi. Üzümə baxıb, dərindən udqundu bir-iki dəfə. Sifəti tədricən ağardı. Döndü ağ-appaq kağız parçasına.

***

– Qızıl sikkələr, xəzinə-dəfinəmi tökülür burda hərdən ən bədbəxt insanların təpəsinə? Yoxsamı…

Cümləm ağzımda yarımçıq qaldı bir an. Sadiq Eler, dartınıb yaxasını əlimdən qoparmaq istədi. Həyəcanını gizlətmədən cümləmi özü davam etdi.

–  1934-cü ildə sən kimi həmşəriləri sürgün edirdilər Lənkərandan İrana. İsti yuvalarını, qırmızı kərpic binalarını yerli camaata verirdilər. Bizim ev də bu taleyi təkrarlayıb, bil…Valideynlərim əvvəlcə buna sevinirlər. Sonra…

– Sonra nə? –qışqırıb, söhbətimizi sürətləndirmək istədim.

– Sonra heç nə…Şübhələnirlər ki, bəs evimizdə iranlılar qır-qızıllarını gizlədiblər. Bəs yaxşı axtarsaq o xəzinəni taparıq guya. Biz də, uşaqlı-böyüklü, evi bütöv söküb-dağıtdıq. Salamat bir yer qoymadıq əsla… O vaxtdan ev bax bu cür xarabadır… Tale də küsüb bizdən…

Gözlərimi Sadiqdən ayırıb, müştəri gözüylə bu evə bir də diqqətlə baxdım. Bəxtsiz bir həyatın bütün nişanələri, izləri vardı bu evdə.

– Özüm dindar adamam… Sonralar, köhnə sahiblərin qarğışını hiss etdim bu evdə. Əl-ayağım o vaxtdan işdən soyudu… Qızıl-zad day axtarmıram burda.

Elə də pis adama oxşamırdı bu kənd ixtiraçısı. Başına, təpəsinə indiyədək çox çürük budağlar, məişət qayğıları düşmüşdü yəqin. Fiqurlu kərpiclərlə bəxtini dəyişmək istəmişdi…alınmamışdı. İndi, aşkarladığı uçan boşqablardan öz son ruzusunu qazanmaq, tapmaq istəyirdi görünür…

Bu da,  yaxşı heç nə vəd etmirdi hələki.

***

Axır, son ümüd yeri kimi daxilində nakam qalmış öz tarixçi istedadına müraciət etməyi qərar verdi bu kənd ixtiraçısı. Kitab rəfinə yaxınlaşıb ordan köhnə, nimdaş qeyd dəftərçəsini çıxardı. Eynəyini gözünə taxıb saralmış vərəqləri çevirməyə başladı:

–  1334-cü ildə Şeyx Səfinin mürüdləri burdan xeyli şimaldakı, indiki Neftçala ərazisindəki Pirətaun adlı bir yerə gəlirlər. Pirin tutiyəsindən dərman ixtira edib bəşəriyyəti taun bəlasından xilas edirlər… – Sadiq bəyin əzablı sifəti, dəftərçədən ayrılıb nəhayət  güldü bir az.

–  Siz kimi ixtiraçıların tarixçəsi çox qədimdir görünür burda. Siz də o ənənəni davam etdirirsiz bəlkə də indi. – deyib yenidən Sadiq bəyə lap yaxınlaşdım.

–  Hardadı o tutiyə? O məcun? Düzünü de… Göydən düşən üçüncü alma odumu, hə?

Sadiq bəy, bu dəfə müqavimət göstərmədi mənə. Əlini taxçaya atıb ordan qalın cildli bir kitab çıxardı.

– Tanış olun. Kəmaləddin Bəzzazın “Səffətüs-səfa” kitabıdır. Şeyx Səfinin kəramətləri sırasında belə bir məcun, əl-kimya da varmış.

– O da göydən düşürmüş, hə? Üçüncü “alma” odurmu? Sizdədirmi bu “əl-kimya”?

Sadiq bəyin gözləri böyüyüb oldu nəlbəki boyda. Dodaqları danışmadı elə bil.

Titrədi ancaq.

***

– Pirlərdə iki fərqli tutiyə olur…Biri, yerdən çıxır, digəri göydən düşür. Şeyxin mürüdləri o vaxt həmin “əl-kimya”nı Neftçaladakı Pirətaunda aşkarlayırlar. Dünyanı xilas edirlər bu taun bəlasından. Xalq, bəzən bu möcüzəyə, gərək biləsiz, “ceyran tüpürcəyi” də deyir.

– Sizdədirmi bu məcun? – gözlərimi qırpmadan Sadiq bəyə zillənmişdim. Möcüzə gözləyirdim bu kənd ixtiraçısından. Elə bilirdim dünyanı bütün bəlalardan, azarlardan xilas edəcək dərman, tutiyə məhz bu kənd bəxtsizinin ixtiyarındadır indi.

Alnımı tədricən tər damcıları bürüyürdü. Ağzım-dodağım quruyurdu yavaş-yavaş.

Küncdəki köhnə dolabın qapısı, öz-özünə, kənar müdaxiləsiz cırıldayıb açıldı bu vaxt. Şüşə içindəki bir çimdik, bir qarta şəffaf mayedən çıxan şüa gözlərimizi qamaşdırdı.

Buydu o möcüzə. Elə özüydü…

***

Biz tərəflərdə göydən bəzən üç alma düşər. Biri, uçan boşqab olur, digəri, çürümüş divarlardan üstünə tökülən xəzinə, dəfinə…

Üçüncü möcüzə, alma isə elə buydu…Əl-Kimya…

***

Mürüdlər, əl-kimyanı götürüb Şeyxə təqdim edərkən o əllərini cütləyib göylərə qaldırdı. Saxsı qabdakı məcun istiliyini itirmirdi. Camaat, mürüdlər Şeyxi əhatəyə alıb təəccüblərini gizlətmirdilər. Saxsı qabdakı tutiyə hardan, handı obadan, kənddən keçirdisə orda üzlər gülür, mübahisələr öz-özünə bitib qurtarırdı. Taun xəstələri dərmanın müjdəsini öz göz yaşlarıyla, hıçqırıqlarıyla verir, təşəkkürlərini lal baxışlarıyla bildirirdilər.

Frəng səfirləri Ərdəbildə sıraya düzülüb əl-kimyanın yolunu bayaqdan bəri elə hey gözləməkdəydilər.

Uzaq üfüqdə görünən kütlədən qəfil bir çaparaq atlı ayrıldı. Qamçısını dişləri arasında sıxdı. Çilovu buraxdı. Ərdəbiləcən cilovu özünə tərəf çəkmədi bir daha.

Qamçısını dişləri arasında sıxan bu çaparın əlində tutduğu qabda dünyanın taundan xilas edəcək möcüzəli tutiyə vardı…

***

Sadiq bəy dəftərçəsini qatlayıb onu təzədən taxçaya qaytardı… Dolabın qapısını bərk-bərk örtüb, məni, həyətdə açdığı süfrənin başında əyləşdirdi…

Həmid Herisçi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müəmmalı gurultu indi də Günəşlidə – SƏS QEYDİ (VİDEO)

Next Post

Ərdoğandan Rusiya açıqlaması: “Yeniləməliyik”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ərdoğandan Rusiya açıqlaması: "Yeniləməliyik"

Uorlik Nalbandyanla Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.