"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Üçtərəfli görüş PLANLAŞDIRILIR: Paşinyan GÖRÜŞƏ gicəllənən baş ilə gedəcək

24 Oktyabr 2022 - 15:00
in SİYASƏT

Məlum olduğu kimi, bu həftə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü gözlənilir. Bu barədə “Vedomosti” nəşri məlumat yayıb. Diplomatik mənbənin “Vedomosti”yə bildirdiyinə görə, Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşün təşkilinə hazırlıq gedir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Başqa bir mənbə isə nəşrə bildirib ki, üçtərəfli danışıqlar oktyabrın sonunda keçirilə bilər. Görüşün məkanı kimi Moskva və Soçi şəhərlərinin adı çəkilir.

Görüşün məkanı kimi Moskva və Soçi şəhərlərinin adı çəkilir.

“Çox güman ki, danışıqlar Soçidə keçiriləcək”, – deyə “Vedomosti” nəşri yazıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 25-də Soçidə Valday Diskussiya Klubunun plenar iclasında iştirak edəcək.

Elchi.az xəbər verir ki, politoloq Zaur Məmmədov sözügedən görüş barədə gözləntilərini şəxsi Feysbuk hesabında bildirib. Onun fikrincə, son Fransa və İran müdaxilələrini nəzərə alsaq, görüşə Paşinyan gicəllənən baş ilə gələcək:

“Belə ki, hazırda hüquqi qüvvəsi olmayan ATƏTin nümayəndələrinin Ermənistanda olması və Aİ’nin xüsusi missiyasının Zəngəzurda olmaları nəzərlərdən qaçmamalıdır . Fransa- İran- Ermənistan arasında gizli Qafqaz anlaşmasını nəzərə alsaq İrəvanın demarkasiya və kommunikasiya məsələsində adekvat addımlar atacağını gözləməyə dəyməz. Deməli, hazırda Bakı və İrəvan arasında ortaq məxrəcə gəlmək üçün ən optimal variant – sülh müqaviləsidir. Sülh müqaviləsinin imzalanmasından sonra digər daha az prinsipial əhəmiyyət daşıyan məsələlərin müzakirəsinə müəyyən vaxt ayrıla bilinər. İndiki məqamda ən vacib məsələ isə, Ermənistanın Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımasıdır.
Moskva sülh müqaviləsinin imzalanmasının Brüsselin deyil, özünün ev sahibi olduğu görüşdə baş tutmasını istədiyindən çox güman ki, Putin iclasa əliboş gəlməyəcək. (Xatırladım ki, sülh müqaviləsinin Brüssel, Paris – Vaşinqton və Moskva variantları arasında fərqlər var. Vaşinqtonda Azərbaycan bir sıra korrektələr edib). Bu arada, sülh müqaviləsinin imzalanması əslində daha geniş platformada, ABŞ, Aİ, ATƏT və Rusiyanın iştirakı ilə baş tutması daha məqsədəuyğundur. Bu təqdirdə, Ermənistanın gələcəkdə mümkün cığallığı zamanı əli – qolu bağlanmış olacaq”.

Şəlalə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Makron erməniyanlığını buraxmır

Next Post

Allahşükür Paşazadə Ərdoğandan nəyi xahiş edib? – Şeyx həzrətləri 5-ci kalonun hədəfində

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Allahşükür Paşazadə Ərdoğandan nəyi xahiş edib? – Şeyx həzrətləri 5-ci kalonun hədəfində

Allahşükür Paşazadə Ərdoğandan nəyi xahiş edib? - Şeyx həzrətləri 5-ci kalonun hədəfində

“Qərb Gürcüstanın Azərbaycan-Ermənistan gündəliyindəki moderatorluq roluna sahiblənməsində maraqlıdır”

"Qərb Gürcüstanın Azərbaycan-Ermənistan gündəliyindəki moderatorluq roluna sahiblənməsində maraqlıdır"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.