Türkiyə-İsveç-NATO razılaşması əldə edildi. Türkiyə İsveçin NATO-ya üzvlük protokollarını Türkiyə Böyük Millət Məclisinə təqdim edəcək. İsveç isə Gömrük İttifaqının yenilənməsi və vizanın liberallaşdırılması da daxil olmaqla, Türkiyənin Aİ-yə üzvlük prosesini aktiv şəkildə dəstəkləyəcək.
Elchi.az xəbər verir ki, Türkiyə, İsveç və NATO arasında Vilnüsdə keçirilən üçtərəfli görüşdən sonra yazılı açıqlama verilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə keçirilən NATO Sammitində görüşüblər.
NATO-nun son Zirvə Toplantısından bu yana Türkiyə və İsveçin Türkiyənin qanuni təhlükəsizlik problemlərini həll etmək üçün sıx əməkdaşlıq etdiyi vurğulanan bəyanatda Türkiyənin konstitusiyasında dəyişikliklər etdiyi, qanunlarında dəyişiklik etdiyi, PKK-ya qarşı terrorla mübarizədə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirdiyi bildirilib.
Nuranə Məmmədova





