UEFA Çempionlar Liqasının 2023-2024 mövsümünün qrup mərhələsinin 6-cı və son həftəsində oyunlar başa çatıb. Gecənin nəticələri…
Elchi.az xəbər verir ki, Avropa futbolunun ən önəmli klub səviyyəli təşkilatında qrup mərhələsinin 6-cı həftəsi 6 qarşılaşma ilə başa çatıb.
Əldə edilən nəticələrdən sonra; “Atletiko Madrid” (İspaniya), “Latsio” (İtaliya), “Borussiya Dortmund” (Almaniya), “Paris Sen-Jermen” (Fransa), “Barselona” (İspaniya) və “Portu” (Portuqaliya) UEFA Çempionlar Liqasının son 16 mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqasının E qrupunda “Seltik” (Şotlandiya) – “Feyenoord” (Hollandiya) matçında İsrailin blokadada olan Qəzzaya hücumları səbəbilə bəzi şotlandiyalı azarkeşlər tribunada Fələstin bayrağını açıblar.
UEFA Çempionlar Liqasında bu axşam baş tutan 6-cı və son həftənin oyunlarının nəticələri belədir:
“Atletiko Madrid” (İspaniya) – “Latsio” (İtaliya): 2:0
“Seltik” (Şotlandiya) – “Feyenoord” (Hollandiya): 2-1
Borussia Dortmund (Almaniya) – Paris Saint-Germain (Fransa): 1-1
Nyukasl Yunayted (İngiltərə) – Milan (İtaliya): 1-2
“Porto” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna): 5-3
Royal Antverpen (Belçika) – Barselona (İspaniya): 3-2
Nuranə Məmmədova





