UEFA-nın rəsmi saytı Çempionlar Liqasının qrup mərhələsinin V turu ərəfəsində “Qarabağ” – “Chelsea” oyunu haqqında yazı hazırlayıb.
Apasport-un xəbərinə görə, yazıda iki komandanın buraqədərki çıxışları və matçın pərdəarxası məqamlarından bəhs olunub.
“Qarabağ” Bakıda qələbə qazanaraq 1/8 finala çıxmağı hədəfləyən “Chelsea” qarşısında da asan təslim olmayacaq. Artıq qitənin ən nüfuzlu klub turnirində xallar qazanmış Azərbaycan təmsilçisi doğma meydanda sonuncu oyununda da uğur əldə etmək istəyəcək.
– Qrupdakı ilk matçında “Stemford Bric”də “Chelsea” ilə qarşılaşan və qapısında 6 cavabsız qol görən “Qarabağ” “Atletico” ilə ev səfər oyunlarında əldə etdiyi heç-heçələrlə 2 xal qazanıb. Kədərli başlanğıca baxmayaraq, komanda hətta Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilər.
– “Qarabağ” 2 xalla qrupda 4-cü yerdə qərarlaşsa da, “Atletico”dan cəmi bir xal dala qalır. 3-cü yer uğrunda mübarizə aparmaq üçün komandaya mütləq qələbə lazımdı. Əgər ağdamlılar məğlub olub, “Atletico” da qələbə qazansa, onların 4-cü yerdə qalacaqları rəsmiləşəcək.
– “Çelsi”nin isə 7 xalı var və son turda məğlub olduğu “Roma”dan bir xal geridədi. İngiltərə çempionuna növbəti mərhələyə çıxmaq üçün qələbə lazımdı. Əgər digər oyunda “Atletiko” uduzsa, londonluları bərabərlik də qane edəcək.
Matçın pərdəarxası
“Qarabağ” – Bu, “Qarabağ”ın Premyer Liqa təmsilçilərinə qarşı ikinci ev matçıdır. Ümumilikdə isə “atlılar” İngiltərə təmsilçiləri ilə 4-cü dəfə üz-üzə gələcəklər. Onlar 2016-cı il noyabrın 26-da evdə “Tottenham”ə 0:1 hesabı ilə uduzmuş, eyni zamanda səfərdə də 1:3 hesablı məğlubiyyətə üzülmüşdü.
– Qrup mərhələsinin ilk ev oyununda “Roma”ya uduzan (1:2) “Qarabağ”, üçüncü turda “Atletico” ilə bərabərliyə razılaşaraq ilk xalını qazanmışdı.
– Azərbaycan təmsilçisi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edir. Onlar II turda Gürcüstan “Samtredia”sını (5:0, 1:0), III turda Moldova “Şerif”ini (0:0, 2:1) və pley-offda isə Danimarka “Koebenhavn”ini (1:0, 1:2) yolundan kənarlaşdırıb.
– “Qarabağ” 4-cü dəfə Çempionlar Liqasında oynayır. Bundan əvvəlki 3 cəhdində komanda III təsnifat mərhələsində mübarizəni dayandırmışdı. Ötən mövsüm azərbaycanlılar səfər qolunun hesabına Çexiya “Viktoriya”sına uduzmuşdu.
– 2016/17 mövsümündə Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra “Qarabağ” ardıcıl 3-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Ancaq hələ heç vaxt bu turnirdə son 32 komanda arasına düşə bilməyib.
– “Qarabağ” Azərbaycanda ümumilikdə 5-ci, ardıcıl 4-cü dəfə çempion olmaqla Çempionlar Liqasında oynamağa haqq qazanıb.




