UEFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
Bunu qurumun mətbuat xidməti açıqlayıb.
Sabah baş tutacaq tədbirdə Rusiya və Ukrayna arasında yaranan vəziyyət müzakirə olunacaq. UEFA prezidenti Aleksandr Çeferin təcili yığıncaq çağırmaq barədə qərar verib.
Qeyd edək ki, sabahkı iclas Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.






