Ukrayna ətrafında vəziyyət getdikcə daha çox narahatlıq doğurur.
Elchi.az xəbər verir ki, bunu Britaniya Baş naziri Boris Conson Tvitter səhifəsində yazıb.
“Bu həftənin əvvəlində mən hərbi rəhbərlikdən Ukrayna sərhədindəki vəziyyətlə bağlı məlumat aldım. Mənzərə getdikcə daha çox narahatlıq doğurur. Rusiyanı danışıqlara başlamağa, ehtiyatsız və fəlakətli işğaldan qaçmağa çağırmaqda davam edirəm”, – Conson bildirib.





