Ölkənin Milli Bankı xəbər verir ki, ötən il Ukrayna Qərb ölkələrindən rekord məbləğdə 32,1 milyard dollar maliyyə dəstəyi alıb.
Elchi.az xəbər verir ki, tənzimləyicinin saytındakı hesabatdan məlum olduğu kimi, ən çox yardım ABŞ-dan gəlib – 12 milyard dollar. Aİ ölkələri Ukraynaya 8 milyard dollar, Beynəlxalq Valyuta Fondu (BVF) 2,7 milyard dollar yardım göndərib.
Ukrayna Milli Bankı qeyd edib ki, 2022-ci ilin yekunlarına əsasən, respublikanın beynəlxalq ehtiyatları 7,9% azalıb. İndi onların həcmi 28,5 milyard dollar qiymətləndirilir.
KP.RU saytının yazdığı kimi, dekabrda Avropa Komissiyası Ukraynaya makromaliyyə yardımı çərçivəsində daha bir tranş göndərib – Kiyev 500 milyon avro alıb. Bu, beş milyard avronun ayrılmasını nəzərdə tutan 2022-ci ildə Ukraynaya makromaliyyə yardımının sonuncu tranşıdır.
Şayəstə




