Ukrayna Ali Radasına bu gün keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun bloku liderlik
edir. Belə bir qənaət milli exit-polların apardığı sorğulardan hasil olub.
edir. Belə bir qənaət milli exit-polların apardığı sorğulardan hasil olub.Sorğunun nəticələrinə görə, Poroşenko bloku 23%-lə irəlidədir. Onun ardınca Yuliya Timoşenkonun “Batkivşina”sını keçmişdə təmsil edənlərin birləşdiyi “Xalq cəbhəsi” (21.3%) bloku gəlir. Üçüncü yerdə Lvov meri Andrey Sadovun başçılıq elədiyi “Samopomoş” (“Özünəyardım”) blokudur – 13.2%.
Dördüncü yeri müxalifət bloku tutur – 7.6%. 5 faizlik baryeri həmçinin, Oleq Lyaşkonun Radikal Partiyası (6.4%), Milliyətçi “Svoboda” (6.3%) və “Batkivşına” (5.6%) keçib.
Parlamentdən kənarda qalan qüvvələr arasında Kommunist Partiyası və Sergey Tiqipkonun “Sağ sektor”u da var.



