2023-cü ildə Ukrayna hökuməti ölkədə pilotsuz təyyarələrin istehsalına 1,1 milyard dollara yaxın vəsait ayırıb.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.
“Bu il hökumət 40 milyard qrivna (təxminən 1,1 milyard dollar) ayırıb ki, biz bu vəsaiti Ukraynada dron istehsalına yatırırıq”, – deyə Şmıqal Teleqram kanalında yazıb.
O, əlavə edib ki, ölkə hakimiyyəti Ukraynaya pilotsuz uçan aparatların ehtiyat hissələrinin idxalı üçün gömrük maneələrini aradan qaldırıb, onların istehsalçılarının mənfəət payını 25 faizə çatdırıb.
Yeganə




