Dünən axşam Ukraynanın şərqində separatçılar və Ukrayna ordu birləşmələri arasında şiddətli döyüşlər davam edib.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Ukrayna ordusu 18 separatçını əsir götürüb.
Ukrayna ordu birləşmələrinin mətbuat nümayəndəsi Anatoli Proşinin sözlərinə görə, əsir düşən separatçıların içində ruslar, çeçenlər, osetinlər, serblər və azərbaycanlılar olub.
Anatoli Proşin bildirib ki, həbs olunan şəxslər məhkəmə qarşısına çıxarılaraq Ukrayna qanunlarına uyğun cəzalanacaqlar.
Qeyd edək ki, dünən geymlərinin üzərində “Rus provaslav ordusu” yazılmış daha 4 separatçı girov götürülüb.




