Ukraynalı pilotların F-16 qırıcılarında təlim prosesi geniş vüsət alıb və ciddi irəliləyiş əldə edilib.
Elchi.az–ın məlumatına görə, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.
“Harada, hansı ölkədə, neçə pilot və neçə təyyarə ilə bağlı çoxlu sual verilir. Təəssüf ki, biz indi bu suallara ətraflı cavab verə bilmirik” İqnat bildirib.
“Yalnız sizi əmin edə bilərəm ki, proses həqiqətən çox ciddi şəkildə irəliləyib. Pilotlar təhsil alır və təlim keçirlər”, – deyə o vurğulayıb.





