Ukrayna Nazirlər Kabineti Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasına dair ərizəni müzakirə etməyə hazırdır, amma sənəd hələlik hökumətə təqdim edilməyib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin mətbuat katibi Dmitri Stolyarçuk bəyan edib.
O xatırladıb ki, istefa haqqında qərarı prezident verəcək, hökumət ərizəni müzakirə etməlidir.
“Amma istefa haqqında ərizə hələlik daxil olmayıb”, – mətbuat katibi deyib.
Xatırladaq ki, dünən Mixail Saakaşvili istefa verdiyini bəyan etmişdi.