Bunu Ukraynanın maliyyə naziri Natalie Jareskodeyib.
BVF Ukraynanı iflasdan xilas etmək üçün martın 11-də 17.5 milyard dollarlıq kredit proqramını təsdiq edib.
N.Jaresko-nun sözlərincə, ilk tranşın 2.2 milyard dolları milli valyutanın sabitliyinə nail olmaq üçün ölkənin Mərkəzi Bankına ötürüləcək. Məbləğin qalan 2.8 milyardı hökumətə yönəldiləcək.
Ölkənin milli pul vahidi olan qrivna ötən bir il ərzində dollar qarşısında dəyərinin üçdə ikisindən çoxunu itirib.
Hökumət ilin sonunadək 3 min 300 dövlət şirkətini özəlləşdirməyi planlaşdırır.



