Ukrayna Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 233 mindən çox rus əsgərinin öldürüldüyünü iddia edib.
Elchi.az xəbər verir ki, Quru Qoşunları Komandanlığından verilən açıqlamada, bu gün müharibənin 500-cü günü olduğuna işarə edərək, “Bu çətin 500 gündür, lakin azadlığımız və birliyimiz üçün əbədi mübarizəmizin simvoludur”,-deyə bəyanat daxil edilmişdir.
Bəyanatda deyilir: “(Müharibə başlayandan bəri) 233 mindən çox cinayətkar öldürülüb, 4000-dən çox (Rusiya) tankı, 8000-ə yaxın zirehli texnikası, 4346 artilleriya sistemi, 315 təyyarəsi və 309 helikopteri, 410 düşmən hava hücumundan müdafiə sistemi və ayrıca 3 min 666 pilotsuz uçuş aparatı, 1271 qanadlı raket, 6 min 914 texnika, 619 xüsusi texnika və 18 gəmi məhv edilib.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiya ordusunda əsgər itkisi ilə bağlı yaydığı məlumatları təsdiqləmir.
Nuranə Məmmədova






