Ukraynadakı hərbi münaqişə Çin üçün Qərb ölkələrindən daha az əhəmiyyət kəsb edir. Elchi.az xəbər verir ki, bu barədə Avropa Şurasının xarici əlaqələr üzrə direktoru Mark Leonard “Politico” saytında dərc olunmuş məqaləsində bildirib.
O, Ukraynanın ABŞ, Avropa və digər Qərb ölkələri üçün əhəmiyyətini daha yüksək qiymətləndirib. Çin üçün xüsusi hərbi əməliyyat “ÇXR və ABŞ arasında münaqişədir”.
Leonard həmçinin qeyd edib ki, Vaşinqton Ukraynanı dəstəkləmək üçün dünyanın inkişaf etməkdə olan ölkələrini birləşdirə bilməyib. 157 ölkə bu məsələdə neytral qalmağa çalışır.
Bu neytral ölkələrin rəğbətini qazanmaq və Amerikanın nüfuzunun zəifliyindən istifadə etmək Çinin xarici siyasətinin əsas hədəfinə çevrilib.
Havar Şəfiyeva





