Çin dünya ictimaiyyətinə müraciət edərək, Ukrayna ətrafında münaqişənin eskalasiyasını dayandırmağa çağırır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuanq deyib.
“Ukraynada döyüşlər eskalasiya mərhələsindən keçir. Kaxovskaya su elektrik stansiyasının dağıdılması hərbi əməliyyatların davam edəcəyi təqdirdə getdikcə daha çox risklərin yaranacağını xatırladır deyə o bildirib. Diplomat beynəlxalq ictimaiyyətin gərginliyi artırmaqdan çəkinəcəyinə ümid etdiyini deyib.
Bundan əvvəl Şuanq Qərb dövlətlərinin Ukraynaya daimi silah tədarükünü pisləyib. Diplomat hadisələrin bu cür dönüşünün sülh danışıqlarının başlanmasına nail olmaq şanslarını əhəmiyyətli dərəcədə azaltdığına diqqət çəkib.
Havar Şəfiyeva





