Ukrayna NATO üçün yüksək dəyər və maraq kəsb edir, çünki münaqişə başa çatdıqdan sonra ölkə ordusu real hərbi təcrübəyə və böyük silah ehtiyatlarına malik, döyüşə hazır ordulardan birinə çevrilə bilər. Elchi.az xəbər verir ki, bunu politoloq Mikola Topornin Lenta.ru ilə söhbətində bildirib.
“Biz bilirik ki, hazırda NATO sammiti keçirilir. Hazırda ölkə alyansa qoşula bilməz, çünki bunun üçün bir sıra şərtlər yerinə yetirilməlidir. Buna baxmayaraq, biz artıq belə qənaətə gəlmişik ki, münaqişə bitdikdən sonra Ukraynanın daxil olması sürətləndirilməlidir”, – Topornin bildirib.
Politoloq xatırladıb ki, prezident Vladimir Zelenski dəfələrlə qeyd edib ki, Ukrayna ilə NATO-nun hərbi komponenti daha da güclənəcək.
Onun sözlərinə görə Ukraynanın NATO-ya daxil olması bloku həqiqətən də hərbi cəhətdən daha da gücləndirəcək. Ukrayna Silahlı Qüvvələri indi çoxlu təcrübə toplayır, alyansın standartlarına keçir.
Havar Şəfiyeva




