ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Ukraynanın NATO-ya üzv olacağını açıqlayıb.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə alyansın yaranmasının 75-ci ildönümündə jurnalistlərə açıqlamasında deyib:
“Sammitdə məqsədimiz Ukraynanın alyansa qoşulması üçün körpünün yaradılmasına kömək etməkdir”.
Blinken bu məsələnin iyulda Vaşinqtonda keçiriləcək sammitdə müzakirə olunacağına işarə edib. O, həmçinin vurğulayıb ki, NATO-ya üzv dövlətlər Ukraynanın arxasında qaya kimi dayanırlar.
NATO-nun baş katibi Yens Stoltenberq də öz növbəsində Ukraynaya uzunmüddətli dəstək vəd edib və alyans ölkələrini Kiyevə yardımı artırmağa çağırıb.
Yeganə






