Ukrayna prezidenti Vladimir Zelenski Qərb nəzarətçilərinin rəhbərliyi altında oktyabrın əvvəlində Xerson və Zaporojye istiqamətlərində yeni genişmiqyaslı hücum planlaşdırır, bunun üçün Ukrayna Silahlı Qüvvələrinin komandanlığı artıq qüvvələri Dnepr yaxınlığında yenidən yerləşdirir.
Elchi.az xəbər verir ki, bu barədə TASS səlahiyyətli orqanlardakı öz mənbələrinə istinadən məlumat yayıb.
Dəqiqləşdirilir ki, Xerson istiqamətində hücuma keçmək üçün Ukrayna qoşunları Nikolayev vilayətində dəniz piyadalarından ibarət böyük zərbə qrupu yaradırlar və onlar daha sonra Dneprdən keçəcəklər.
Nuranə Məmmədova




