Son 48 saat ərzində Silahlı Qüvvələr Ukraynanın şərqi və cənubundakı bölgələrdə hərbi əməliyyatlar aparıb.
Elchi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb .
Kəşfiyyat məlumatlarına görə, bəzi bölgələrdə Ukrayna qüvvələrinin əhəmiyyətli irəliləyiş əldə etməsi və Rusiya müdafiəsinin birinci xəttini aşması ehtimalı var. Digərlərində isə Ukraynanın inkişafı daha yavaş olub.
Britaniya kəşfiyyatı həmçinin yazır ki, Rusiya Hərbi Hava Qüvvələri ölkənin digər bölgələrinə nisbətən hava məkanı Rusiya üçün daha açıq olan Ukraynanın cənubu üzərində son dərəcə aktiv olub. Bununla belə, taktiki hava hücumlarının effektiv olub-olmadığı hələ də aydın deyil.
Nuranə Məmmədova




