"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ukrayna ordusu ölkənin şərqində bütün cəbhə boyu hücuma keçib

21 İyul 2014 - 15:34
in XƏBƏR LENTİ
Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyası ölkənin şərqində separatçıların əlində olan Luqansk və Donetskimg1607617 şəhərlərinə doğru bir neçə istiqamətdən hücuma başlayıb. APA-nın Ukrayna saytlarına (“112.ua”, “MİGnews.com.ua”, “Censor.net”, “Pravda.com.ua”) və hərbi ekspert Dmitri Tımçuka istinadən verdiyi məlumata görə, antiterror əməliyyatına cəlb olunmuş qüvvələr Luqansk vilayətinin Rubejnoye şəhərinin bütün perimetrini nəzarətə götürərək şəhəri separatçılardan təmizləməyə başlayıb. Vilayətin Lisiçansk şəhəri də mühasirəyə alınıb.
Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak özünün “Facebook” səhifəsində ordunun Luqansk vilayətinin Severodonetsk şəhərinə daxil olduğunu və Lisiçansk şəhəri istiqamətində hərbi əməliyyatların davam etdiyini yazıb: “Rusiyalı terrorçuların ətrafında mühasirə həlqəsi daralır, hücum davam edir. Severodonetsk şəhərinə daxil olmuşuq, Lisiçansk, Rubejnoye və Popasnaya şəhərlərində düşmən sıxışdırılır, onlar vacib magistral yollardan təcrid edilib. Terrorçu dəstələrin başçıları panikadadır və bir-biriləri ilə mübahisə edirlər, bir-birini şantaja keçiblər. Onlardan bəziləri qaçmağa çalışsa da, Putin onları Rusiyaya buraxmağı qəti qadağan edib”.
Ukrayna ordusunun tankları Donetsk şəhərindən 44 km məsafədə yerləşən və “Bes” ləqəbli terrorçu İqor Bezlerin nəzarətində olan Qorlovka şəhərinə bitişik Mayorsk stansiyasına da daxil olub. Şəhərin mərkəzində atəş səsləri eşidilir. Separatçıların “Qrad” qurğularından ordu hissələrinə atəş açdığı xəbər verilir.
Qondarma “Donetsk Xalq Respublikası”nın “baş komandanı” olan Strelkov ləqəbli Rusiya vətəndaşı İqor Girkin Donetsk istiqamətində gedən döyüşlər barədə məlumat verib. O, hazırda Avdeyevka (Donetsk şəhərindən 18 km aralı), Dzerjinsk (Donetskdən 52 km aralı), Peski (Donetskdən 15 km aralı), Karlovka (Donetskdən 30 km aralı), Debaltsevo (Donetskdən 75 km aralı), Netaylovo (Donetskdən 27 km aralı) yaşayış məntəqələrində döyüşlər getdiyini söyləyib: “Düşmən Avdeyevka qəsəbəsinə daxil olaraq oradan Donetsk şəhərinin dəmir yoluna doğru hərəkət etməyə başlayıb. Peski, Karlovka, Netaylovodakı mövqelərimiz eyni anda hücuma məruz qalıb. Düşmən 15 tankla Debaltsevoya soxulub. Dzerjinskdə Milli Qvardiya ilə döyüş gedir”.
İ. Girkinin sözlərinə görə, Rusiyanın qəti qərar qəbul etməsinin vaxtı çatıb: “Rusiya nəhayət, qərar verməlidir ki, Donbassdakı rusları müdafiə edəcək, yoxsa onları birdəfəlik satacaq?! Qalan başqa şeylər üçün vaxt itirilib. Üç aylıq fəaliyyətsizlik düşmənin öz qüvvələrini artırmasına və döyüş qabiliyyətli ordu yaratmasına imkan verib”.
Donetsk şəhərindəki 51 saylı orta məktəbin və dəmir yolu vağzalının yaxınlığında baş verən atışma zamanı 4 dinc sakinin öldüyü bildirilir. Donetsk dəmir yolu vağzalındakı “Amstor” ticarət mərkəzi ətrafında mərmi partlayışı nəticəsində də ölənlər olduğu xəbər verilir

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Elçin Zahiroğlu Mətanət İsgəndərlinin mühazirəsini dinləyəcək…

Next Post

Həsən Şirinov prezidentin cəza verməsindən danışdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Həsən Şirinov prezidentin cəza verməsindən danışdı

"Atletiko" "Çelsi"nin təklifini rədd etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.