Gecə döyüşləri nəticəsində ordunun 28 hərbçisi sıradan çıxıb
Ötən gecə Ukraynada gedən döyüşlərdə 5 hərbçi ölüb, 23 hərbçi isə müxtəlif dərəcədə yara alıb.
ANS PRESS-in məlumatına görə, bunu Ukrayna Baş Qərargahın rəisi vəzifəsini icra edən Vladislav Seleznyov yayıb. Hazırda hospitallarda 390 yaralı var, onlardan 11 nəfərinin vəziyyəti ağırdır.
Mariupolda da separatçılar ordu qüvvələrinin mövqelərini atəşə tutublar. Separatçıların artilleriyadan istifadə etdikləri deyilir.
Qeyd edək ki, Ukrayna hərbi əməliyyatlar xüsusilə Luqansk vilayətində intensiz gedir. Tez-tez binaları mərmilərin düşməsi mülki şəxslərin bu bölgəni tərk etməsinə səbəb olub.
22 min sakinin yaşadığı şəhərdə indi 5-6 min şəxs qalıb.



ANS PRESS



