
Ukrayna Ali Radasında Krımın Rusiya tərəfindən ilhaqını fərqli şəkildə qeyd ediblər.
Avropa.info xəbər verir ki, parlamentin binasının tavanından yanmış taxtadan düzəldilmiş gəmi maketləri asıblar. Maketləri yaradan Roman Mixaylov deyib ki, yanmış gəmilər bizi izləyən keçmişin kölgəsini xatırladır.
Sessiya zalında dörd dildə (Ukrayna, tatar,rus, ingilis) “Krım – Ukraynadır” plakatı asılıb.
Qeyd edək ki, 2014-cü ilin 16 martında keçirilən saxta referendumla Rusiya Krımı ilhaq etmişdi.



