Polşanın baş naziri Mateuş Moravetski Ukraynanın Polşadan 100 ədəd “Rosomak” zirehli transportyoru alacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə o, “Twitter”-də yazıb.
“Ukrayna ordusu bizdən Semyanovitsı-Slenskidə istehsal olunan 100 “Rosomak” alacaq. Bunlar yüksək səviyyəli döyüş daşıyıcılarıdır”.
Onun sözlərinə görə, zirehli transportyorlar Aİ və ABŞ-ın ayırdığı pul hesabına ödəniləcək.
Daha əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun Ukraynaya vəd etdiyi iki “Leopard 2” tankı və dörd “Leopard 1” batalyonundan artıq tədarük edə biləcəyi bir ssenari görmədiyini bildirmişdi.
Yeganə





