ABŞ kəşfiyyat ictimaiyyəti hesab edir ki, tezliklə Ukrayna prezidenti Vladimir Zelenskinin dəyişdirilməsinə ehtiyac yaranacaq. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
Onun sözlərinə görə, ABŞ kəşfiyyatının qərarına Ukraynadakı hərbi əməliyyatların gedişi təsir göstərir.
“Amerika kəşfiyyat ictimaiyyətinin qiymətləndirmələrinə görə, Ukrayna əməliyyat vəziyyətin inkişafını nəzərə alaraq, buna yaxın gələcəkdə ehtiyac yarana bilər”, – deyə Narışkin bildirib.
Narışkin əvvəllər bəyan edib ki, Qərb son nəticədə hazırkı Ukrayna hakimiyyətinə dəstəkdən əl çəkəcək. O, bu barədə Ukrayna təbliğatına qarşı mübarizə mövzusunda keçirilən dəyirmi masa zamanı bildirib.
Havar Şəfiyeva




