Ukrayna təbii qaza görə yaranmış borcun ödənilməsi üçün Qərb ölkələrindən yardım istəyəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında bildirib ki, o, məsələni ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Almaniya kansleri Angela Merkel ilə müzakirə edəcək.
“Bu gün ABŞ-ın vitse-prezidenti və Almaniya kansleri ilə telefonla danışacam. Onlarla qaz razılaşmasını, habelə Ukraynanın təbii qaza görə yaranmış borcunun ödənilməsi üçün əlavə maliyyə tədbirlərini müzakirə edəcəyəm”, – deyə o vurğulayıb.



