Ukrayna hakimiyyəti ölkədəki münaqişənin Qərbin diqqətini getdikcə daha az cəlb etməsindən dərin narahatdır. Elchi.az xəbər verir ki, bu barədə “New York Times”-ın köşə yazarları Endryu Kramer və Metyu Mpoke Bigg yazıblar.
“NYT” jurnalistləri Ukrayna hakimiyyətinin qorxusundan danışıb və Kiyevdə münaqişənin geosiyasətində həyəcanverici dəyişiklikləri müşahidə etdiklərini vurğulayıblar.
“Əsas müttəfiqlərin diqqəti Qəzzada müharibəyə yönəlib, ABŞ-ın hərbi yardımı Respublikaçıların Konqresdə liderlik uğrunda mübarizəsində batmış vəziyyətdədir və Avropanın dəstəyi Polşa və Slovakiyadakı seçkilərə görə çatlaqlar göstərir”, – deyə nəşr qeyd edir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Ukrayna və İsraildəki münaqişələrə fərqli yanaşmalar açıqlayıb.
Havar Şəfiyeva






