Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərindəki dəmir yolu stansiyasına endirilən raket zərbəsi zamanı ölənlərin sayı artıb.
Elchi.az “France Press“ə istinadən xəbər verir ki, Donetsk vilayətinin rəhbəri deyib ki, ölənlərin sayı 50 nəfərə çatıb.
Ölənlərdən 5-nin uşaq olduğu bildirilir.
***
14:35
Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərindəki dəmir yolu stansiyasına endirilən raket zərbəsi zamanı ölənlərin sayı 39 nəfər çatıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Radasının “Twitter” səhifəsində məlumat yer alıb. Ölənlərdən 4-nün uşaq olduğu bildirilir.
Ukrayna raket zərbəsinin Rusiya artilleriyası tərəfindən endirildiyini açıqlayıb.
***
12:46
Rusiya Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərindəki dəmir yolu stansiyasına raket zərbəsi endirib.
Elchi.az xəbər verir ki, bu barədə vilayətin rəhbəri Pavlo Kirilenko “Telegram” səhifəsində bildirib.
“Raket zərbəsi zamanı minlərlə insan stansiyada olub, çünki Donetsk vilayətinin sakinləri Ukraynanın daha təhlükəsiz bölgələrinə təxliyə edilir”, – o qeyd edib.
Ukrayna mənbələri hadisə zamanı azı 30 nəfərin öldüyünü, 100-ə qədər yaralının olduğunu bildirir.






