Rusiyanın Bryansk vilayətində energetika obyekti dron hücumuna məruz qalıb.
Elchi.az xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Boqomaz Teleqram kanalında məlumat verib.
“PUA-nın Trubçevski rayonunda rayon elektrik şəbəkəsinə hücumu nəticəsində administrativ bina və avtomobilə zərər dəyib. Yaralılar yoxdur”, – deyə o bildirib.
Hadisə yerində xüsusi xidmət orqanları çalışır.
Qeyd edək ki, Braynsk Ukraynanın Sum vilayəti ilə həmsərhəddir.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...




