Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı Rusiya ordusunun bu səhər atdığı 36 raketdən 16-nın məhv edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Zalujnı Rusiya qüvvələrinin səhər saatlarında yenidən raket hücumlarına keçdiyini bildirib.
Rusiya ordusunun havadan və dənizdən ümumilikdə 36 raket atdığını qeyd edən Zalujnı, onlardan 16-nın Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini bildirib.
Ukraynanın müxtəlif bölgələrində hava hücumu siqnalları səslənməkdə davam edir.
Şayəstə






