
Rusiyanın Krımda ələ keçirdiyi hərbi gəmilərlə bağlı danışıqlar heç vaxt dayandırılmayıb. Musavat.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri, general-polkovnik Stepan Poltorak Odessa vilayətinə səfəri zamanı jurnalistlərin bununla bağlı sualını cavablandırarkən bildirib.
Nazir danışıqların müsbət sonluqla bitəcəyinə ümid etdiyini də deyib.
Xatırladaq ki, Ukraynanın Qara dəniz Donanması gəmilərinin bir hissəsi Krımın ilhaqı zamanı – 2014-cü ilin martında Rusiya tərəfindən ələ keçirilmiş, sonradan bir neçəsi qaytarılmışdı.



