Rusiya tərəfindən gecə saatlarında Ukraynanın Xarkov vilayətində poçt terminalına raket hücumu nəticəsində 6 nəfər ölüb, 14 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Xarkov vilayətinin Hərbi Administrasiyasının rəisi Oleq Sinegubov sosial media hesabında verdiyi açıqlamada Rusiya ordusunun gecə saatlarında Xarkov vilayətindəki “Novaya Poçta (Yeni poçt)” terminalını raketlə vurduğunu bildirib.
Hücum nəticəsində 6 nəfərin öldüyünü, 14 nəfərin yaralanaraq xəstəxanalara yerləşdirildiyini deyən S.Sinequbov yaralananlar arasında vəziyyətinin ağır olduğunu və hər cür tibbi yardımın göstərildiyini diqqətə çatdırıb.
Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında verdiyi açıqlamada poçt terminalının adi mülki obyekt olduğunu və Rusiyaya təzyiqlərin artırılmasının lazım olduğunu vurğulayıb.
Zelenski, “Rusiya terroruna hər gün cəbhədə əldə etdiyimiz nəticələrlə cavab verməliyik. Terrorla mübarizədə dünyanın birliyini daha da gücləndirməliyik və bunu edirik. Rusiya terror və terrorla heç nə əldə edə bilməz. qətl. Bütün terrorçuların yalnız bir sonu var, etdiklərinə görə cəzalandırılsınlar”. bildirib.
Şayəstə Hüseynova






