Ukrayna Silahlı Qüvvələrinin sıradan çıxmış Leopard tankları Polşada deyil, Almaniyada və ola bilsin ki, Litvada təmir ediləcək. Elchi.az Reuters-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.
“Polşada Ukraynaya təhvil verilən “Leopard 2” əsas döyüş tanklarının təmiri ilə bağlı mübahisə səbəbindən federal Müdafiə Nazirliyi əvvəlki planlarını dəyişir. Leopard 2A5 və Leopard 2A6 kimi döyüş maşınları indi Almaniyada və yəqin ki, Litvada təmir edilməlidir “deyə o bildirib.
Nazirlik sözçüsü Berlin və Polşa arasında Polşa tank təmiri mərkəzinin yaradılması ilə bağlı danışıqların davam etdiyinə də aydınlıq gətirib.
Havar Şəfiyeva






