Ukrayna hakimiyyəti Trans-Sakit Okean Tərəfdaşlığına qoşulmaq üçün rəsmi ərizə verib.
Elchi.az xəbər verir ki, bu barədə “UNIAN” agentliyi öz Telegram kanalında məlumat yayıb.
Tərəfdaşlıqda iştirak təşkilata üzv olan bütün ölkələrdə sənaye və kənd təsərrüfatı malları üçün rüsumların azaldılmasını və ya götürülməsini nəzərdə tutur.
Trans-Sakit Okean Tərəfdaşlığının üzvləri Avstraliya, Kanada, Sinqapur, Yeni Zelandiya, Malayziya, Bruney, Vyetnam, Yaponiya, Meksika, Çili və Perudur.
Nuranə Məmmədova





