Ukrayna və NATO növbəti il üçün Ukrayna Silahlı Qüvvələrinin təlimlərini əhatə edən əməkdaşlıq proqramı imzalayıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.
“Biz 2024-cü il üçün geniş əməkdaşlıq proqramı imzaladıq, bu proqrama enerji təhlükəsizliyi və Ukrayna və NATO qüvvələrinin uyğunluğunun artırılması üzrə əməkdaşlıq daxildir”.
Onun sözlərinə görə, tərəflər Kiyevin alyansa yaxınlaşmaq üçün həyata keçirməli olduğu islahatlar, o cümlədən hərbi təchizat sistemində islahatlar və kəşfiyyat xidmətlərində islahatlar mövzusuna da toxunublar.
Bundan əvvəl Almaniya Avropaya inteqrasiya üçün Ukraynaya milyonlarla dollarlıq dəstək ayırmaq qərarına gəlib. Berlinin alyans fondlarına əlavə 11,5 milyon avro qatacağı qeyd olunub.
Havar Şəfiyeva






